İqtisadiyyat
Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Bu ilin birinci yarısında Azərbaycanda 1 748,2 kq qızıl hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 2 438,6 kq gümüş istehsal edilib. 2020-ci il ilə müqayisədə bu göstərici 13,4% artıb.
Azərbaycanda metal filizlərin hasilatı:
Məhsul növləri
2021-ci il, yanvar-iyun
2020-ci ilin müvafiq ayına nisbətən, %
Mis filizləri və konsentratları, ton
1 338,3
106,8
Qiymətli metal filizləri və konsentratları, kq
4 186,8
108,4
o cümlədən: qızıl
1 748,2
102,1
gümüş
2 438,6
113,4