Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir neçə restoranı cərimələdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən  verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 14-də ölkə üzrə 409 ictimai iaşə obyektində 707 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 7 ünvanında yerləşən, hüquqi şəxs “Ülvi-B” MMC-yə məxsus kafe;

2. Bakı şəhəri, Xəzər ‎rayonu, Binə ştq, Ə. Bayramov küçəsində yerləşən, fiziki şəxs Abbasov Mirsaleh Həbib oğluna məxsus dönər evi;

3. Bakı şəhəri, Nizami ‎ rayonu, Qara Qarayev pr., ev 74H ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət qızına məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Rəcəbli küç., ev 2, m.19 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vüqar Mirzəcan oğluna məxsus “Atlas Hotel” mehmanxanasının tərkibində restoran.

Qeyd edək ki, Agentlik tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda Qida Təhlükəsizlik Agentliyinin müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button