Siyasət

Azərbaycan Prezidenti Qətər Əmirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ənənəvi dostluq əlaqələrimizi genişləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button