İdman

Azərbaycan – Portuqaliya oyununun biletlərinin qiyməti açıqlanıb

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyununun biletləri satışa çıxarılır.
Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 7-də baş tutacaq matçın biletləri avqustun 21-dən etibarən satışda olacaq.
COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 manat təşkil edir. Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button