İdman

Azərbaycan Peşəkar Futbol Liqası dünya çempionatının 2 ildən bir keçirilməsinin əleyhinədir

Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (EPFL) dünya çempionatlarının 2 ildən bir keçirilməsi ilə bağlı bəyanat yayıb.Apasport.az saytının məlumatına görə, qitənin əksər liqalarını özündə birləşdirən qurum yeniliyin əleyhinə çıxıb.Azərbaycan Peşəkar Futbol Liqasının da üzvü olduğu assosiasiyanın bəyanatında bildirilir ki, bütün liqalar yekdilliklə buna qarşıdır: “Liqalar qəti və yekdilliklə dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı istənilən təklifə qarşıdır. Bunun birtərəfli qaydada reallaşmasına imkan verməmək üçün digər maraqlı tərəflərlə birlikdə çalışacaq. Belə qərar bizim futbol sənayesinin təməli olan milli yarışlara zərbə vuracaq”.Qeyd edək ki, “Böyük beşlik” liqalarının hamısı EPFL-in üzvüdür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button