İqtisadiyyat

Azərbaycan Pekində keçirilən Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində iştirak edib

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan 3-7 sentyabr tarixlərində Pekində keçirilən Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində (China International Fair for Trade in Services – CIFTIS) iştirak edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 153 ölkə və region, habelə 26 beynəlxalq təşkilatın iştirak etdiyi sərgidə 2400-dən çox şirkət təmsil olunub.
Sərgidə vahid ölkə stendi ilə iştirak edən Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-tranzit potensialı və turizm resursları nümayiş olunub, ziyarətçilərə Ələt Azad İqtisadi Zonası və ölkəmizdəki sənaye zonaları haqqında geniş məlumat verilib.
Tədbirdə “Made in Azerbaijan” brendi altında təqdim olunan rəqabətqabiliyyətli qida və kənd təsərrüfatı məhsullarımız böyük maraqla qarşılanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button