İdman

Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlardan daha bir qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, bu uğura yığmamızın atleti Həmid Heydərli imza atıb.
O, nizəatma yarışında 51,42 m göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Heydərli bu nəticə həm Paralimpiadanın qızıl medalını qazanıb, həm də dünya rekordunu ələ keçirib.
Bununla da Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamızın aktivində 7 qızıl, 2 bürünc medal var.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button