İdman

Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və dünya rekordu vurub

APA-nın məlumatına görə, bu gün səhər azərbaycanlı atlet Elvin Astanov nüvə itələmə idman növündə həm qızıl medal qazanıb, həm də 8,77 metr nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.
Bu, azərbaycanlı idmançıların Tokio-2020 Yay Paralimpiya Oyunlarda müəyyənləşdirdiyi ikinci rekorddur.
E. Astanovun qələbəsi ilə komanda hesabında Azərbaycanın qazandığı qızıl medalların sayı 8-ə çatıb, medal sayına görə isə ölkəmiz 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, dünən nizə atmada Həmid Heydəri yeddinci qızıl medalı qazanıb. O, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna da imza atıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button