İdman

Azərbaycan paralimpiyaçılarının son qrupu Bakıya qayıdıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğur qazanan Azərbaycan yığması vətənə qayıdıb.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda bu gün idmançıların sonuncu qrupunun qarşılanma mərasimi keçirilib.
Bu dəfə 5 paralimpiyaçımız Bakıya qayıdıb. Onlar arasında paraatletikada qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva da yer alıb.
Bu paralimpiyaçıların qarşılanma mərasimində idman ictimaiyyəti və onların yaxınları ilə yanaşı, Azərbaycana daha tez qayıdan yığma üzvləri də iştirak ediblər.
Qeyd edək ki, yığmamız Tokio-2020-də 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button