İdman
Azərbaycan Paralimpiadada ikinci qızıl medalını qazanıb

Tokio-2020: Azərbaycan Paralimpiadada ikinci qızıl medalını qazanıb”>
Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, üzgüçü Roman Saleh çempionluq sevinci yaşayıb.
O, arxası üstə 100 m üzməkdə hamını qabaqlayıb. Təmsilçimiz 1 dəqiqə 0,30 saniyəyə finişə çatıb.
Qeyd edək ki, bu, millimizin Paralimpiadada 2-ci qızıl medalıdır.