İqtisadiyyat
Azərbaycan ötən ay “OPEC+” öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu. Göründüyü kimi, Azərbaycan oktyabr ayında “OPEC+” öhdəliyini artıqlaması ilə (109,2%) yerinə yetirib.