GündəmManşet

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olundu -yenilənib

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub. Şəhidin cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

 

 

***

12:06

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilir. Vida mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış. O, ailənin tək oğlu olub.

Allah rəhmət etsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button