GündəmManşet

Azərbaycan ordusunda birləşmənin komanda-qərargah təlimi

Döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button