Gündəm
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb.
Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.