İqtisadiyyat

Azərbaycan “OPEC+”ın neft hasilatının artırılması qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən verilən məlumata görə, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 28-ci iclasının 5 may tarixində keçirilməsi razılaşdırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button