İdman

Azərbaycan Olimpiadanı 3 gümüş və 4 bürünc medalla başa vurub

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Apasport.az saytının məlumatına görə, yığmamız üçün çıxışının son günü daha məhsuldar alınıb.
Çünki komandamız aktivinə daha 3 medal yazdırıb. Onlardan 2-si gümüş, 1-i isə bürünc olub.
Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə karateçimiz İrina Zaretska həlledici görüşdə məğlub olaraq gümüş mükafata yiyələnib. Şərif Şərifov bürünc medal uğrunda dueldə uduzubsa, Mariya Stadnik Olimpiadanı 3-cü pillədə tamamlamağı bacarıb.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası isə təsnifat mərhələsində mübarizəni dayandırıb.
Bununla da Yaponiyaya 44 idmançı ilə yollanan Azərbaycan millisi qızıl medal qazanmayıb. Komandamız Olimpiadanı 3 gümüş və 4 bürünc medalla başa vurub.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb27. Ruslan Lunyov (güllə atıcılığı) – kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub32. Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/4 finalda uduzub33. Firdovsi Fərzəliyev (karate, 67 kq) – qrupda mübarizəni dayandırıb34. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük) – 18-ci yer35. Rafael Ağayev (karate, 75 kq) – gümüş medal qazanıb36. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük) – 10-cu yer37. Şərif Şərifov (sərbəst güləş, 97 kq) – 5-ci yer38. Hacı Əliyev (sərbəst güləş, 65 kq) – gümüş medal qazanıb39. Mariya Stadnik (qadın güləşi, 50 kq) – bürünc medal qazanıb40. İrina Zaretska (karate, +61 kq) – gümüş medal qazanıb

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button