İdman

Azərbaycan–Norveç matçının hakimləri açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçlə keçiriləcək matçının hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan referiləri göndərir.

 

Görüşün baş hakimi Vassilis Fotias olacaq. Ona Krisula Korompilia və Andreas Meyntanas köməklik edəcək. Dördüncü hakim funksiyasını Agelos Evangelu yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək. Yığmamız 5 oyundan sonra 1 xalla qrupda 6 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button