İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ötən ay 13%-dək artıb

Bu ilin sentyabr ayının nəticələrinə əsasən, dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 75,88 ABŞ dollarına bərabər olub ki, bu da avqust ayının orta qiyməti ilə müqayisədə 5,65 dollar və ya 8% çoxdur.
“APA-Economics”in məlumatına görə, sentyabr ayında ən yüksək göstərici (sentyabrın 27-si) – 80,77 dollar təşkil edib, ən minimal göstərici isə (sentyabrın 1-i) 71,32 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 12,8% və ya 9,12 dollar artıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button