İqtisadiyyat

Azərbaycan neftinin orta qiyməti oktyabrda 7% artıb

Bu ilin oktyabr ayının nəticələrinə əsasən, dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,5 ABŞ dollarına bərabər olub ki, bu da sentyabr ayının orta qiyməti ilə müqayisədə 9,62 dollar və ya 12,7% çoxdur.

APA-Economics”in məlumatına görə, oktyabr ayında ən yüksək göstərici (oktyabrın 25-şi) – 88,19 dollar təşkil edib, ən minimal göstərici isə (oktyabrın 1-i) 80,48 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 7,1% və ya 5,69 dollar artıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button