İqtisadiyyat

“Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır”

Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır, lakin onların sabitliyi prioritetdir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” çərçivəsində jurnalistlərə bildirib.
“İstehsalçı ölkə olaraq bu qiymət, təbii ki, bizi qane edir. Lakin əsas odur ki, bu qiymət sabit olsun. Əsas məqsəd – neftin qiymətinin sabit və proqnozlaşdırıla bilən olmasıdır”, – deyə nazir bildirib.
P. Şahbazov eyni zamanda qeyd edib ki, Azərbaycan neftin qiymətinin daha da yüksək olmasını istəməzdi: “Hesab edirik ki, bu qiymətlər hətta bir qədər aşağı ola bilər. Qiymətlər elə olmalıdır ki, təkcə istehsalçı ölkələr üçün deyil, həm də istehlakçı ölkələr üçün komfortlu olsun”.
Neft bazarındakı mövcud vəziyyəti dəyərləndirən P. Şahbazov baş verənlərdən hər kəsin məmnun olduğunu vurğulayıb. Hazırda nə neftin qiyməti, nə də onun tədarükünün miqdarı ilə bağlı ciddi mövzular yoxdur.
Qaz bazarında baş verənləri şərh edərək nazir qeyd edib ki, burada müəyyən tənzimləmələr gərəkdir.
Xatırladaq ki, hazırda neftin qiyməti 80 dollardan yuxarıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button