İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-də 99,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,11 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,81 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 99,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,02 dollar/barel azdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button