İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 75,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel azdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button