İqtisadiyyat

Azərbaycan nefti 75 dollardan satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 17-də 75,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button