İqtisadiyyat

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 86,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 84,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button