Dünya

Azərbaycan MSK-nın üzvü Gürcüstandakı seçkiləri şərh edib  

“Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə orqanlarına seçkilərin tam açıq, şəffaf və demokratik tələblərə uyğun keçirilməsi üçün zəruri olan bütün tədbirləri görüb”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində qonşu ölkədə seçkiləri müşahidə edən Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.
O, Tbilisi və Mtsxeta şəhərlərində 10-a yaxın seçki məntəqəsinə baş çəkdiyini bildirib: “Həmin məntəqələrdə səsvermə normal qaydada keçirdi, hər hansı bir qanun pozuntusu müşahidə olunmadı. İstirahət günü olduğundan səhər saatlarında seçici fəallığı aşağı idi. Lakin günorta və günortadan sonra fəallıq nisbətən yüksəlmişdi. Hesab edirik ki, səsvermə qanunun tələblərinə uyğun keçiriləcək və Gürcüstanda yerli idarəçilik sistemi möhkəmlənəcək”.
Qeyd edək ki, qonşu ölkədəki yerli seçkiləri MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Mircavad Mustafazadə də müşahidə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button