İdman

Azərbaycan millisinin oyunu şotlandiyalı hakimlərə tapşırılıb

Sumqayıtda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

“Report”un məlumatına görə, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Devid Munro idarə edəcək. Ona yan xətt hakimləri Şon Karr və Duqlas Potter köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.

Qeyd edək ki, martın 25-də “Kapital Bank Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button