İdman

Azərbaycan millisinin oyunlarına qonaq azarkeşlər buraxılmayacaq

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrda keçirəcəyi oyunlarına qonaq azarkeşlər buraxılmayacaq.
Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, bu barədə UEFA və FİFA qərar verib.
Adıçəkilən qurumlar koronavirus pandemiyası ilə əlaqədar gələn ay Avropada seçmə mərhələ matçlarına səfər komandalarının fanatlarının buraxılmamasını məqsədəuyğun sayıb. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan millimiz sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button