İdman

Azərbaycan millisinin iki futzalçısı sıraya dönüb, biri cəzalı duruma düşüb

Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisi Qroningen şəhərindən Amsterdama gəlib.

Azərbaycan Futzal Federasiyasından  verilən məlumata görə, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda matçın baş tutacağı “Ziggo Dome”də bərpa məşqi keçirib.

Yığma oyunöncəsi son çalışmasını bu gün Bakı vaxtı ilə saat 15:30-da gerçəkləşdirəcək. Məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın və İsa Atayevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Qaydalara uyğun olaraq isə həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.

Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Araujo cəzalı duruma düşüb və qrupun son duelində komandaya kömək edə bilməyəcək. Əvəzində bir həftə əvvəl COVID-19 anticism və PCR analizləri pozitiv çıxmış və qaldıqları otel otağında karantinə alınmış Qallo və Rövşən Hüseynli kollektivə qoşulub. Hər iki oyunçu Gürcüstan və İspaniyaya qarşı matçlarda iştirak etməyib.

Qeyd edək ki, Azərbaycan – İspaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button