İdman

Azərbaycan millisinin Böyük Dəbilqə üçün heyəti bəlli olub

Cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmamız oktyabrın 16-17-də Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqəyə 8 idmançı ilə yollanacaq.
Məşqçilər korpusu mötəbər yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Böyük Dəbilqədə 48 ölkədən 294 (173 kişi, 121 qadın) cüdoçunun iştirakı gözlənilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button