İdman

Azərbaycan millisinin 6 idmançısı mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə 21 dəst mükafat sahibini tapacaq.
İyulun 26-da Azərbaycan millisinin 6 üzvü mübarizə aparacaq. Onlardan beşi yarışa start verəcəksə, stend atıcısı Emin Cəfərov təsnifat mərhələsini davam etdirəcək. Təmsilçilərimizin hamısı medal uğrunda yarışı bir gündə tamamlayacaq.
Yığmamızın bayraqdarı Rüstəm Orucov cüdoda bayrağımızı dalğalandırmağa çalışacaq. Digər bayraqdarımız Fəridə Əzizova və Milad Beiqi Harçeqani də medal əldə etməyə namizədlərdir. 
Triatlonçu Rostislav Pevtsov da yarışın favoritləri arasında göstərilir. Anna Baştaya böyük ümidlər bağlanılmır. Emin Cəfərov isə təsnifat mərhələsinin ilk günündən sonra yalnız möcüzəyə ümid edə bilər.
26 iyul01:30. Triatlon. Kişilər. Rostislav Pevtsov04:55. Qılıncoynatma, qadınlar, sablya. 1/16 final. Anna Başta – Anna-Yelizabet Ston (ABŞ)05:00. Stend atıcılığı. Kişilər, skit. Təsnifat mərhələsi, 2-ci gün. Emin Cəfərov05:30. Taekvondo, qadınlar. 67 kq, 1/8 final. Fəridə Əzizova – Peyc Makferson (ABŞ)06:00. Cüdo, kişilər. 73 kq. 1/16 final.  Rüstəm Orucov – Musa Moquşkov (Rusiya)07:15. Taekvondo, kişilər. 80 kq, 1/8 final. Milad Beiqi Harçeqani – Vey-Tinq Liu (Çin Taypeyi)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button