İdman

Azərbaycan millisinin 33 idmançısı dayanıb, 11-i startı gözləyir

Azərbaycan millisinin daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə qoşulan təmsilçilərimiz yarışla erkən vidalaşıb.
Karateçimiz Firdovsi Fərzəliyev qrupdan çıxa bilməyib. O, keçirdiyi dörd qarşılaşmadan yalnız birində qələbə qazanıb və üç məğlubiyyət alıb.
Sərbəst güləşçimiz Turan Bayramov 1/8 final səddini adlasa da, 1/4 finalda uduzub. Onu məğlub edən rəqibi isə yarımfinalda dayandığından təmsilçimiz Olimpiadada medal şansını itirib.
Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 33-ə çatıb. Onların qazancı üç bürünc medal olub. Təmsilçilərimizdən 11-i startı gözləyir. Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb27. Ruslan Lunyov (güllə atıcılığı) – kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmada uduzub29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – bürünc medal qazanıb30. Nazim Babayev (atletika, üç təkanla tullanma) – 15-ci yer31. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq) – 1/8 finalda uduzub32. Turan Bayramov (sərbəst güləş, 74 kq) – 1/4 finalda uduzub33. Firdovsi Fərzəliyev (karate, 67 kq) – qrupda mübarizəni dayandırıb34. Hacı Əliyev (sərbəst güləş, 65 kq)35. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)36. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)37. Mariya Stadnik (qadın güləşi, 50 kq)38. Şərif Şərifov (sərbəst güləş, 97 kq)39. Rafael Ağayev (karate, 75 kq)40. İrina Zaretska (karate, +61 kq)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button