İdman

Azərbaycan millisinin 3 idmançısı mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın 8-ci günündə 21 dəst medal sahibini tapacaq.
Olimpiadanın ilk həftəsini mükafatsız qalan Azərbaycan yığması həsrəti bu gün bitirə bilər. İdmançılarımızın bunun üçün üç şansı olacaq.
Onlardan ikisinin medalı rəsmiləşə, biri təmin oluna bilər. Söhbət boksçu Alfonso Dominqesdən gedir. 1/4 finaldakı qələbə ona medal təmin etmək üçün yetərli olacaq.
Cüdo millimiz isə medal üçün son şanslarından yararlanmalıdır. Ağırçəkili idmançılarımız Uşanqi Kokauri və İrina Kindzerska medalsız günlərə son qoymaq üçün tatamiyə çıxacaq.
30 iyul06:00. Cüdo, kişilər. +100 kq. 1/16 final. Uşanqi Kokauri – Matsey Sarnaçki (Polşa)06:00. Cüdo, qadınlar. +78 kq. 1/8 final. İrina Kindzerska14:24. Boks, kişilər. 81 kq. 1/4 final. Alfonso Dominqes – Bayram Malkan (Türkiyə)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button