İdman

Azərbaycan millisinin 27 idmançısı Olimpiada ilə vidalaşıb, 15-i startı gözləyir

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, bu gün üç idmançımız gücünü sınayıb.
Onlardan biri – Ruslan Lunyov Olimpiadada ikinci çıxışını yekunlaşdırıb. Güllə atıcımız 21-ci yeri tutaraq Yaponiya paytaxtına vida edib.
Bu gün güləş yığmalarımız da yarışa start verib. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/4 finalda uduzsa da, rəqibi finala yüksəldiyindən medal şansını qoruyur. O, təsəlliverici qarşılaşmaya sabah çıxacaq.
Qadın güləşçisi Elis Manolova ilk görüşündə uduzub. 1/8 finalda məğlub olan təmsilçimiz rəqibinin finala çıxmasına sayəsində təsəlliverici görüşdə iştirak edəcək.
Bununla da Olimpiadaya qatılan idmançı heyətindən mübarizəni dayandıranların sayı 27-yə çatıb. İki idmançı yarışı davam etdirirsə, 15-i startı gözləyir. Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Murad Fətiyev (cüdo, 81 kq) – 1/8 finalda uduzdu18. Məmmədəli Mehdiyev (cüdo, 90 kq) – 1/8 finalda uduzub19. Edi Reski Dviçahyo (badminton) – qrupda qalıb 20. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finalda uduzub21. Zelim Kotsoyev (cüdo, 100 kq) – 1/8 finalda uduzub22. Uşanqi Kokauri (cüdo, +100 kq) – 1/8 finalda uduzub23. İrina Kindzerska (cüdo, +78 kq) – bürünc medal qazanıb24. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala uduzub25. Anna Skidan (atletika, çəkicatma) – 16-cı yer26. Alfonso Dominqes (boks, 81 kq) – bürünc medal qazanıb27. Ruslan Lunyov (güllə atıcılığı) – kiçikçaplı tapançadan atəşaçmada 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafədən 567 xalla 21-ci yer28. Elis Manolova (qadın güləşi, 68 kq) – təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb29. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq) – təsəlliverici qarşılaşmaya vəsiqə qazanıb30. Nazim Babayev (atletika, üç təkanla tullanma)31. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)32. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)33. Turan Bayramov (sərbəst güləş, 74 kq)34. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)36. Mariya Stadnik (qadın güləşi, 50 kq)37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Rafael Ağayev (karate, 75 kq)40. İrina Zaretska (karate, +61 kq) 

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button