İdman

Azərbaycan millisinin 16 idmançısı mübarizəni dayandırıb

Azərbaycan millisinin daha altı idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni başa vurub.
Apasport.az saytının məlumatına görə, onlardan beşi mübarizəyə yarışın 4-cü günündə qoşulanlar, biri isə bir gün öncə start verən idmançıdır.
Bunlar cüdoçu Rüstəm Orucov, taekvondoçular Fəridə Əzizova ilə Milad Beiqi Harçeqani, triatlonçu Rostislav Pevtsov, qılıncoynadan Anna Başta və stend atıcısı Emin Cəfərovdur. Onlardan heç biri günü medalla tamamlaya bilməyib. Bununla da Olimpiadada çıxışı yekunlaşan təmsilçilərimizin sayı 16-ya çatıb.
Qeyd edək ki, yığmamız Olimpiadaya 44 idmançı ilə qatılıb.
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub2. Aişə Qurbanlı (cüdo, 48 kq) – 1/16 finalda uduzub3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub7. Lorenzo Sotomayor (boks, 69 kq) – 1/16 finalda uduzub8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer9. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük) – 70-ci yer10. Orxan Səfərov (cüdo, 66 kq) – 1/16 finalda uduzub11. Emin Cəfərov (stend atıcılığı, skit) –26-cı yer12. Anna Başta (qılıncoynatma, sablya) – 1/8 finalda uduzub13. Fəridə Əzizova (taekvondo, 67 kq) – 1/8 finalda uduzub14. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) – 1/4 finalda uduzub15. Rostislav Pevtsov (triatlon) – 41-ci yer16. Rüstəm Orucov (cüdo, 73 kq) – 5-ci yer17. Ruslan Lunyov (güllə atıcılığı) – 10 m məsafədən 574 xalla 20-ci yer; 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma18. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1/8 finala yüksəlib19. Cavid Çələbiyev (boks, 63 kq) – 1/8 finala yüksəlib20. Murad Fətiyev (cüdo, 81 kq)21. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)22. Zelim Kotsoyev (cüdo, 100 kq)23. Uşanqi Kokauri (cüdo, +100 kq)24. İrina Kindzerskaya (cüdo, +78 kq)25. Edi Reski Dviçahyo (badminton)26. Anna Skidan (atletika, çəkicatma)27. Nazim Babayev (atletika, üç təkanla tullanma)28. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)29. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)30. Alfonso Dominqes (boks, 81 kq)31. Turan Bayramov (sərbəst güləş, 74 kq)32. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)33. Elis Manolova (qadın güləşi, 68 kq)34. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)35. Hacı Əliyev (sərbəst güləş, 65 kq)36. Mariya Stadnik (qadın güləşi, 50 kq)37. Şərif Şərifov (sərbəst güləş, 97 kq)38. Firdovsi Fərzəliyev (karate, 67 kq)39. Rafael Ağayev (karate, 75 kq)40. İrina Zaretska (karate, +61 kq)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button