İdman

Azərbaycan millisinin 10 idmançısı mübarizəyə qoşulur

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə ilk mükafatçılar bəlli olacaq.
İyulun 24-də 11 dəst mükafat sahibini tapacaq. Azərbaycan millisinin 10 üzvü də mübarizəyə qoşulacaq. 
Onlardan dördünün qatılacağı yarışda medalçılar bəlli olacaq. Cüdoçu Kəramət Hüseynov ölkəmizə ilk mükafatı qazandırmağa namizəddirsə, digər cüdoçu Aişə Qurbanlı, güllə atıcısı Ruslan Lunyov və velosipedçi Elçin Əsədovun uğuru sensasiya sayılacaq.
Digər 6 idmançıya gəlincə, üç boksçu ilk döyüşünə çıxacaq, iki üzgüçü təsnifat mərhələsində qüvvəsini sınayacaq, idman gimnastı isə yarışın ilk yarısını arxada qoyacaq.
24 iyul05:00. İdman gimnastikası, Kişilər, 1-ci hərəkət – İvan Tixonov 09:30. İdman gimnastikası, Kişilər, 2-ci hərəkət – İvan Tixonov 14:30. İdman gimnastikası, Kişilər, 3-cü hərəkət – İvan Tixonov 
13:36. Boks, kişilər. 1/16 final. 57 kq. Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)14:54. Boks, kişilər. 1/16 final. 69 kq. Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)15:27. Boks, kişilər. 1/16 final. +91 kq. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)
06:00. Velosiped idmanı, kişilər. Şosse. Elçin Əsədov
06:00. Cüdo, kişilər. 60 kq. 1/16 final. Kəramət Hüseynov – Eşli Makkenzi (Böyük Britaniya)06:00. Cüdo, qadınlar. 48 kq. 1/16 final. Aişə Qurbanlı – Katarina Kosta (Portuqaliya)
14:07. Üzgüçülük, kişilər. 400 m kompleks üsulla. Təsnifat mərhələsi, 2-ci qrup. Maksim Şemberev14:25. Üzgüçülük, qadınlar. 100 m batterflyay. Təsnifat mərhələsi, 1-ci qrup. Məryəm Şeyxəlizadəxangah 
08:00. Güllə atıcılığı. Kişilər, 10 m məsafədən atəş açma. Ruslan Lunyov

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button