İdman

Azərbaycan millisi Serbiya ilə üz-üzə gələcək

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxacaq.
İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən olan Serbiyanın qonağı olacaq. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə ilk qələbə həsrətinə son qoyması heç də inandırıcı görünmür.
Qrup birinciliyini hədəfləyən serblər nəinki qələbə, hətta top fərqini yaxşılaşdırmaq üçün çox qol vurmaq barədə düşünürlər. Bu baxımdan komandamızı çox çətin səfər sınağı gözləyir.
Millimiz hələ uduzmayan güclü Serbiyaya Belqradda yenilsə, qrup sonunculuğunu rəsmiləşdirəcək.
Qrupun digər matçında Portuqaliya Lüksemburqu qəbul edəcək.
Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsiA qrupu, VIII tur12 oktyabr22:45. Serbiya – AzərbaycanBaş hakim: Erik Lambrexts (Belçika)Belqrad, “Rayko Mitiç” stadionu

1

Serbiya

6

4

2

0

13-7

14

2

Portuqaliya

5

4

1

0

11-4

13

3

Lüksemburq

5

2

0

3

5-9

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

6

0

1

5

3-12

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button