İdman

Azərbaycan millisi Olimpiadada yeni rekord vurmaq şansını itirib

Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında medal sayında yeni rekord vurmayacağı rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bu, yarışın 7-ci günündə dəqiqləşib.
Daha iki idmançımız Olimpiada ilə mükafatsız vidalaşıb. Bununla da hələ də medal qazanmayan yığmamızın cəmi 18 şansı qalıb.
Millimiz Rio-2016-dakı göstəricisini təkrarlamaq üçün bu şansların hamısından medal qazanmalıdır. Bu, mümkünsüz görünür. 
Lakin idmançılarımız mümkünsüzü reallaşdırsa belə ən yaxşı halda rekord təkrarlanacaq. Yeni rekord üçün isə ən azı daha üç il gözləməli olacağıq.
Yeni rekordun reallaşmaması həm də uğurlu tendensiyanın qırılması anlamına gəlir. Məsələ ondadır ki, yığmamız özünün ilk Olimpiadasından başlayaraq daim mükafat sayında artıma nail olub. Bu dəfə isə artım tendensiyası qırılıb.
Qeyd edək ki, idmançılarımız 1996-cı ildə 1, 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7, 2012-ci ildə 9, 2016-cı ildə 18 olimpiya medalı qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button