İdman

Azərbaycan millisi Malta ilə yoldaşlıq oyunu keçirə bilər

Futbol üzrə Azərbaycan milli komandası Malta yığması ilə yoldaşlıq oyunu keçirə bilər.

AFFA hazırda Malta Futbol Assosiasiyası ilə danışıqlar aparır.

Qarşılaşmanın mart ayında – Novruz Bayramına yaxın günlərdə baş tutacağı gözlənilir. Görüşün yeri isə hələlik bəlli deyil.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla “Report”a açıqlamasında məlumatı təkzib etməyib: “Yığmanın martda yoldaşlıq oyunu və ya oyunları nəzərdə tutulub. Bununla əlaqədar bir neçə milli assosiasiya ilə danışıqlar aparılır. Lakin həmin ölkələrin adlarını açıqlamağı məqsəduyğun saymırıq. Yaxın bir həftə ərzində məsələ rəsmiləşəcək və bundan sonra məlumat veriləcək”.

Milli assosiasiya rəsmisi oyunların tarixinin hələlik bilinmədiyini söyləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button