İdman

Azərbaycan millisi Dublində İrlandiya ilə oynayacaq

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi A qrupunda 4-cü matçına çıxacaq.
Canni de Byazinin yetirmələri İrlandiya ilə üz-üzə gələcək. Dublindəki matç autsayderlərin dueli olacaq.
Hər iki komanda buna qədər keçirdiyi üç matçda uduzub. Sonuncu sırada olan millimiz irəliləmək üçün mütləq qalib gəlməlidir. İrlandiya isə heç-heçə ilə də mövqeyini qoruyacaq. Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa eyni – 1:2 hesabı ilə uduzan de Byazinin komandası uğursuz seriyanı səfərdə qırmağa çalışacaq.
Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsiV tur, A qrupu4 sentyabr20:00. İrlandiya – AzərbaycanBaş hakim: Cerom Brisar (Fransa)Dublin. “Aviva” stadionu

1

Portuqaliya

4

3

1

0

8-4

10

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

3

2

0

1

4-4

6

4

İrlandiya

3

0

0

3

3-6

0

5

Azərbaycan

3

0

0

3

2-5

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button