İqtisadiyyat

Azərbaycan məhsulları Moskvada keçirilən tekstil sərgisində nümayiş olunur

Azərbaycanın 7 şirkəti “Made in Azerbaijan” vahid ölkə stendi ilə Moskvada keçirilən “Heimtextil Russia 2021” sərgisində təmsil olunur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, 14-16 sentyabr tarixlərində keçirilən sərgidə, ev tekstili, interyer parçaları və dekor materialları nümayiş olunacaq.
Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.
Qeyd edək ki, “Heimtextil Russia” – parçalar, ev tekstili və bəzək materialları beynəlxalq sərgisidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button