İdman

Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

İlk oyun günündə cəmi bir görüş baş tutacaq. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olacaq. “ASK Arena”dakı qarşılaşma saat 18:00-da başlayacaq. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Komandalar arasında keçirilmiş ilk matçda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Səfər qolu qaydası ləğv olunduğundan, iki görüşün nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”.
İlk oyun – 0:1.

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də “Sabah” “Neftçi”ni, fevralın 13-də isə “Qəbələ” “Sumqayıt”ı, “Səbail” “Zirə”ni qəbul edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button