İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına bu il 3,2 mlrd. manatdan çox xarici investisiya cəlb olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 256,6 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 13,5% azdır. Belə ki, ötən ilin ilk doqquz ayında bu göstərici 3 764,4 mln. manata bərabər idi.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən xəbər verir.
Təkcə sentyabr ayında xarici müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatına 332,2 mln. manat vəsait yönəldilib ki, bu da illik ifadədə 24,1% azdır.
“Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 083,9 mln. manatı və ya 94,7%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya, Hindistan və İran sərmayədarlarına məxsus olub”, – komitənin məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların həcminin 0,2% artaraq 5 924,9 mln. manat təşkil edəcək. Xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 772,5 mln. manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 mln. manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 mln. manata bərabər olacağı gözlənilir.
Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların ümumi həcminin 22 209,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button