İqtisadiyyat

Azərbaycan III rübdə neft-qaz ixracını artırıb

Bu ilin III rübündə SOCAR tərəfindən 4,5 mln. ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir.
“APA-Economics”in SOCAR-ın rüblük hesabatına istinadən verdiyi məlumata görə, qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.
“Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox – 48% artırılaraq, 4,4 mlrd. kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 mlrd. kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur”, – hesabatda qeyd olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button