İqtisadiyyat

Azərbaycan III rübdə neft-qaz hasilatını artırıb

Bu ilin üçüncü rübündə SOCAR-ın istismar etdiyi yataqlarda 2 mln. tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artıb.
“APA-Economic”in SOCAR-ın rüblük hesabatına istinadən verdiyi məlumata görə,
şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub”, — hesabatda qeyd olunur.
Hesabata əsasən, 2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 mln. tona yaxın neft, 11,3 mlrd. kubmetrdən artıq qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38,6% artımın qeydə alınması deməkdir.
“Neft hasilatının artımı əsasən “OPEC+” razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub”, – hesabatda qeyd olunub.
Hesabatda qeyd olunur ki, şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button