İdman

Azərbaycan idmançıları 2 medal və 2 final üçün mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının dörd idmançısı qüvvəsini sınayacaq.
Onlardan ikisi yarışa start verəcək. Atlet Nazim Babayevlə yunan-Roma güləşçisi İslam Abbasov finala vəsiqə uğrunda mübarizə aparacaq.
Bir gün öncə yarışa qoşulan digər iki güləşçimiz isə bürünc medal ümidi ilə yarışacaq. Qadın güləşində Elis Manolova, yunan-Roma güləşində isə Rafiq Hüseynov öncə təsəlliverici, qələbə təqdirində isə üçüncülük qarşılaşmasına çıxacaq.
3 avqust04:00. Atletika, üçtəkanla tullanma. Kişilər, təsnifat mərhələsi. Nazim Babayev06:00. Yunan-Roma güləşi. 77 kq. Təsəlliverici görüş. Rafiq Hüseynov – Lamyed Maafi (Tunis)06:00. Yunan-Roma güləşi. 87 kq. 1/8 final. İslam Abbasov – Daniel Qreqoriç Heçavarria (Kuba)06:07. Qadın güləşi. 68 kq. Təsəlliverici görüş. Elis Manolova – Mirim Jumanazarova (Qırğızıstan)

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button