İqtisadiyyat

Azərbaycan Hindistan şirkətlərini azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb edəcək

Azərbaycan Hindistan şirkətlərini işğaldan azad edilmiş ərazilərdə əməkdaşlığa cəlb etməyi planlaşdırır

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Hindistan məhsullarının ticarət sərgisində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

“Biz Hindistan şirkətlərini işğaldan azad edilmiş Azərbaycan torpaqlarında görmək istəyirik”, – F.Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Hindistanla yeni sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

“Biz artıq sosial, iqtisadi, ekoloji sahələrdə əməkdaşlıq edirik. Biz həmçinin yeni sahələrdə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”, – nazir müavini deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button