İdman

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.
Apasport.az saytının məlumatına görə, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.
Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button