İdman

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 bürünc medal qazanıblar

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mükafatçıları müəyyənləşdirib.
Azərbaycan yığmasının təmsilçiləri 4 medal qarşılaşmasına çıxıb.
61 kq-da mübarizə aparan Əbülfəz Nəsirov rusiyalı Fyodor Baltuyev qarşısında aciz qalıb – 3:14. Məğlub olan güləşçimiz 5-ci yeri tutub.
74 kq-da Turan Bayramov üçüncülük mübarizəsinə çıxıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının uğursuzu bu dəfə İdar Xatanov (Rusiya) üzərində 2:1 hesablı qələbə ilə bürünc medala yiyələnib.
Saqadulla Ağayev (86 kq) bürünc medal görüşündə türkiyəli Emre Çiftçi ilə qarşılaşıb. Təmsilmiz sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək dünya üçüncüsü olub.
Bürünc medal görüşünə çıxan Aydın Əhmədovun (125 kq) rəqibi Kumar Anirud (Hindistan) olub. O, 2:7 hesabı ilə uduzub.
Beləliklə, sərbəst güləşçilərimiz mundialı 3 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə start verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button