İdman

Azərbaycan gimnastları Budapeştdə beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası fevralın 19-da Macarıstanın Budapeşt şəhərində start götürəcək ənənəvi beynəlxalq “Gracia Fair Cup”a qatılacaq.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, üç gün davam edəcək yarışa fərdi və qrup hərəkətləri üzrə komanda üzvləri yollanıblar.

Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.

Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda yığmanın ikinci heyəti – Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli çıxış edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button