İdman

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunun finalında mübarizəyə başlayıb

Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.

“Report”un məlumatına görə, hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.

Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.

Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button